Öldürülən terrorçu qadın Duran Kalkanın "adamı" olub - FOTO

Öldürülən terrorçu qadın Duran Kalkanın "adamı" olub - FOTO backend

TSQ-nın Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatında məhv edilən argentinalı Alina Sançesin terrorçuların başçısı Duran Kalkana özəl olaraq xidmət etdiyi məlum olub.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Zeytun budağı" əməliyyatı gedişində məhv edilən terrorçuların sayı 4 mini aşıb. Onlardan biri olan argentinalı Alina Sançez haqqında bəzi maraqlı məlumatlar ortaya çıxıb.

Sançezin PKK terror təşkilatı liderlərindən olan Duran Kalkanın adamı olduğu bildirilir.
O, 2011-ci ildən Duran Kalkanın yanındadır.

Tibb fakultəsindən çıxarıldıqdan sonra Qəndilə gedən Alina Sançezi özünə şəxsi tibb bacısı təyin edən terrorçuların başçısı Duran Kalkan aradan illər keçəndən sonra qadını döyüşlərə göndərməyə başlayıb. Afrindəki döyüş isə argentinalı terrorçunun son döyüşü olub.