II Dünya Müharibəsindən sonra Yaponiya ilk dəfə hərbi-dəniz qüvvələrini hərəkətə gətirir

II Dünya Müharibəsindən sonra Yaponiya ilk dəfə hərbi-dəniz qüvvələrini hərəkətə gətirir backend

Yaponiya qanunlarına görə hərbi-dəniz donanmasından istifadə qadağandır

Yaponiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq hərbi-dəniz qüvvələrini hərəkətə gətirib.

Real TV “webtekno.com” saytına istinadla xəbər verir ki, Yaponiya qanunlarında hərbi-dəniz donanmasından istifadəyə qadağan qoyulmasına baxmayaraq, ölkədə bu fəaliyyət uzun fasilədən sonra yenidən bərpa olunub. Ölkə qanunlarında bu qadağanı nəzərdə tutan xüsusi bir maddə də mövcuddur.

Yaponiya hökuməti ordusunu gücləndirmək məqsədilə sözügedən qanunda dəyişiklik edəcəyini bildirib. Belə ki, Sasebo şəhərində yerləşən hərbi hissələrin birində tədbir təşkil olunub. ABŞ əsgərlərinin də qatıldığı hərbi tədbirdə saxta şəkildə işğal olunan bir ada Yaponiyanın hərbi-dəniz qüvvələri tərəfindən azad edilib.