ABŞ Suriyanı Aralıq dənizindən vurdu

ABŞ Suriyanı Aralıq dənizindən vurdu backend

Suriya Xüms vilayətinin şərqində yerləşən T-4 aviabazası kütləvi raket atışına məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı SANA agentliyi yayıb. Hücum zamanı ölən və yaralananların olduğunu bildirib. Agentlik hücumun arxasında ABŞ-ın dayandığını iddia edib

Livanın “Əl Mayadin” televiziyası raketlərin Aralıq dənizindən buraxıldığı haqqında informasiya yayıb. Suriyanın hökumət qüvvələri isə bazaya 8 raketin atıldığını bəyan edib.

“RİA Novosti” agentliyi isə hücum zamanı bütün raketlərin Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğunu bəyan edib. Agentlik hücum zamanı heç kimin xəsarət almadığını bəyan edib.

ABŞ Müdafiə Nazirliyi həmçinin hücumun arxasında dayanmadığını açıqlayıb.