ABŞ prezidenti Donald Tramp Bəşər Əsədin şərqi Qutaya kimyəvi silah hücumundan sonra böyük bədəl ödəyəcəyini söyləyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Suriyada Əsəd qüvvələrinin kimyəvi silahdan istifadəsinə ABŞ prezidenti Donald Tramp da sərt reaksiya göstərib. Şərqi Qutanın Duma şəhərinə kimyəvi hücumdan sonra ABŞ prezidenti öz Twitter hesabında Suriyanın dövlət başçısı Bəşər Əsədi təhdid edərək bunun bədəlini ağır ödəyəcəyini bildirib.Əsəd haqqında "heyvan" ifadəsini işlədən Tramp Rusiya və İranı Şam rəhbərliyinə verdikləri dəstəkdən dolayı kimyəvi hücumda məsuliyyət daşıdıqlarını bildirərək onları günahlandırıb.
Xatırladaq ki, Əsəd rejimi qüvvələrinin müxalifətin nəzarətində olan şərqi Quta qəsəbəsinə kimyəvi silah hücum həyata keçirdiyi və bu zaman ən azı 70 nəfərin öldüyü bildirilmişdi.
Bu iddia həm Suriya, həm də Rusiya tərəfindən təkzib edilsə də beynəlxalq arenada etirazlar böyüməkdə davam edir.