Öz torpaqlarında ən kiçik bir şey baş verəndə bütün azadlıqları tapdalayanlar Türkiyədən söhbət gedəndə bizə ağıl verməyə çalışırlar.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.“Dumada, Əfqanıstanda yaşananları görməzdən gəlirlər. Biz bu ikiüzlülüyə üsyan edirik. Şərqi Qutada şəhid edilənlərə nə zaman baxacaqsan Qərb? Sizin demokratiya anlayışınıza da, diplomatiya anlayışınıza da yazıqlar olsun. Məsumların qanı əlinizə də, üzünüzə də, ölkənizə də, gələcəyinizə də yapışmışdır. Qarşımıza çıxıb terrorçuların ağzı ilə danışanlara “Cəhənnəmə qədər yolunuz var” deyirəm”, - Ərdoğan bildirib.