Almaniyada dəhşətli gün – 4 ölü, 20 yaralı

Almaniyada dəhşətli gün – 4 ölü, 20 yaralı backend

Hadisəni törədən şəxs intihar edib

Almaniyanın Münster şəhərində naməlum şəxs yük maşınını insanların üzərinə sürüb.

Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər polisi öz “Twitter” hesabında bildirib. Hadisə nəticəsində 4 nəfər ölüb, 20-dən çox yaralı var. Yaralıların 6 nəfərinin vəziyyəti ağırdır.

"Associated Press"in məlumatına görə, polis nümayəndəsi Andreas Bode jurnalistlərə açıqlamasında bildirib ki, avtomobilin sürücüsü özünü öldürüb. Onun Almaniya vətəndaşı olduğu vurğulanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.