Qəzza zolağında növbəti toqquşma: 3 ölü, 350 yaralı...

Qəzza zolağında növbəti toqquşma: 3 ölü, 350 yaralı... backend

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli ölüb, 350-dən çoxu isə müxtəlif xəsarətlər alıb.

Muxalifet.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf Kidra məlumat yayıb.

“İsrail ordusunun açdığı atəş nəticəsində 3 fələstinli ölüb, 117-si güllə yarası almaqla, 350 fələstinli yaralanıb”, deyə Ə. Kidra bildirib.