ABŞ-ın Ayova ştatının Dyubuk şəhəri yaxınlığında kimyəvi maddələr daşıyan qatar relsdən çıxıb.
QAZİLƏR saytının “Rosbalt”-a istinadən verdiyi məlumata görə, yük qatarının 11 vaqonundan 3-ü Missisipi çayına düşüb.Daha üç vaqonun alovlandığı bildirilir. Vaqonların yükünü, əsasən, etanol təşkil edib. Xatırladaq ki, bir gün əvvəl Nyu-Yorkda sərnişin qatarının iki avtomobillə toqquşması nəticəsində 6 nəfər ölmüş, 15 nəfər xəsarət almışdı.