Bəkir Bozdağ: Suriyada şərqə doğru hərəkət edəcəyik

Bəkir Bozdağ: Suriyada şərqə doğru hərəkət edəcəyik backend

Türkiyənin baş nazir müavini Bəkir Bozdağ, "YPG/PYD terror təşkilatları Afrindən necə təmizləndisə, indi Təl Rıfatdan da təmizlənəcək.

Orada da işlər sona doğru gedir. Buradan sonra daTürkiyə ordusu şərq istiqamətində, silahlıların digər mövqelərinə hücum edəcək", - deyə bildirib.

"Anadolu" agentliyinin məlumatına görə, Türkiyədə keçirilən Türkiyə-İran-Rusiya zirvə bəyanatı ilə əlaqədar olaraq Bozdağ, "Suriyanın torpaqlarının parçalanmasına icazə vermərik. Suriyada məzhəb əsaslı dəyişikliyə gedilməsinə də yol vermərik. Bu son dərəcə mühümdür, eyni zamanda, Türkiyənin bu günə qədər irəli sürdüyü tezisin hər iki ölkə tərəfindən də qəbul etdiyini göstərir", - deyə bildirib.

Bozdağ, "biz həqiqətən Sincardan və digər yerlərdən terror təşkilatının və terrorçuların təmizlənməsini istəyirik. Bunlar edildiyi zaman bizim üçün problem yoxdur, əgər edilməzsə, Türkiyə təmizləyəcək gücə və qüdrətə malikdir", - söyləyib.

Bozdağ həmçinin bildirib ki, Türkiyənin Milli İstihbarat Təşkilatı bu günə qədər 18 ölkədən 80 FETÖ-çunu paketləyərək ölkəyə gətirib./FaktXəbər