Qarailan dəliyə döndü: Heyvan həriflər, qabiliyyətsizlər...

Qarailan dəliyə döndü: Heyvan həriflər, qabiliyyətsizlər... backend

Afrində məğlubiyyətə uğrayan PKK-nın Qəndil qrupunun liderlərindən Murad Qarailan 2 həftə əvvəl Amanos dağlarındakı terrorçulara Türkiyəyə hücum əmri verib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə kəşfiyyat məlumatları daxil olduqdan sonra jandarma və komandoslar əməliyyat hazırlıqlarına başlayıb. Ərazidə kəşfiyyat aparan PUA-ların sayı artırılıb.

Martın 26-da terrorçu mövqelərinə dronlar və F-16 təyyarələri ilə ağır zərbə endirilib. Əraziyə təşkil olunan əməliyyat nəticəsində terrorçuların axtarışda olan və başlarına pul qoyulan “Fərhat Jinda” kod adlı Nəcməddin Kutum (1 milyon lirə) , “Demhat” kod adlı İsmail Özdəmir (300 min lirə) və “Delil” kod adlı Yusif Buldağ (300 min lirə) kimi təşkilat daxilində nüfuzlu üzvləri öldürülüb.

Amanos dağlarındakı ağır itki PKK-nı qəzəbləndirib. Murad Qarailanın rabitə danışığı türk kəşfiyyatının əlinə keçib:

“Heyvan həriflər, qabiliyyətsizlər. Əsgər atdığınız addımdan, polis də aldığınız nəfəsdən xəbərdardır”.