Cümə günü Yaponiyanın şimal-şərq bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend ölkənin milli meteoroloji xidmətinə istinadən xəbər verir.
Zəlzələnin episentri Fukusima prefekturasının yaxınlığında, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.Sunami təhlükəsi barədə elan edilməyib, xəsarət alanlar və dağıntılar haqqında məlumat daxil olmayıb.
Qəzalı “Fukusima-1” AES-də də heç bir hadisə qeydə alınmayıb.
Ümumiyyətlə, yeraltı təkanlar Fukusima, Miyaqi və İvate də daxil olmaqla 12 prefekturada hiss olunub.