Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun “Zeytun budağı” hərəkatı ilə PKK/PYD terror təşkilatından təmizlədiyi Afrin şəhərinin mərkəzi asayişi Suriyanın Milli ordusuna verilib.
Moderator.az xəbər verir ki, ASO şəhər mərkəzinin təhlükəsizliyini Milli ordu polislərinə təhvil verərək axtarış əməliyyatlarına şəhərin digər bölgələrində davam edir.Hərəkatın başlanğıcında cənub tərəfə köç edən Afrin sakinləri evlərinə geri qayıtmağa davam edir. Sakinlərin verdiyi məlumata görə, ASO-nun gənc üzvləri şəhər əhalisinə ərzaq yardımı edir və təhlükəsizlik üçün əllərindən gələni əsirgəmirlər.