Ölkələr raket kompleksinin tədarük qiymətinə dair razılığa gəliblər
Türkiyə Rusiyanın “S-400” zenit-raket komplekslərini 2019-cu ilin iyul ayında alacaq.Real TV “Milliyyet”ə istinadən xəbər verir ki, bu barədə ürkiyənin Müdafiə Sənayesi Katibliyinin (SSM) baş direktoru İsmail Demir “Twitter”də yazıb. Onun fikrincə, “S-400”lər ABŞ-ın “Patriot”lərindan daha təsirlidir.
“Biz “S-400” sistemlərinin müqavilədəki təhvil tarixini 2019-cu ilin iyul ayına dəyişdirdik. “S-400”lərlə Türkiyə ordusu daha güclənəcək”, - deyə İsmayıl Demir bildirib.
Qeyd edək ki, aprelin 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin Ankarada birgə mətbuat konfransı keçiriblər. R.T.Ərdoğan “S-400” zenit-raket kompleksinin Türkiyəyə planlaşdırıldığından daha tez təhvil veriləcəyini bildirib.
V.Putin bildirib ki, tərəflər hərbi-texniki sahədə Rusiya-Türkiyə əməkdaşlığının vəziyyətini, xüsusən, “S-400” raket-zenit komplekslərinin Türkiyəyə tədarükü layihəsinin reallaşdırılmasını müzakirə ediblər: “Biz icraatı sürətləndirdik və qiymətlərlə bağlı razılığa gəldik, bu çox vacibdir”.