Ankarada Ərdoğanla Putin arasında görüş başlayıb

Ankarada Ərdoğanla Putin arasında görüş başlayıb backend

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş başlayıb.

“Report” xəbər verir ki, görüş Türkiyə prezidentinin Beştəpə iqamətgahında keçirilir.

R.T.Ərdoğan V.Putini rəsmi mərasimlə qarşılayıb.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə ikigünlük rəsmi səfəri başlayıb.