Hindistan Müdafiə Nazirliyi Rusiyanın “Kamov” şirkətindən 197 vertolyot alacaq.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Bloomberg” agentliyi yayıb. Rəsmi Dehli bununla da ölkənin hərbi aviasiyasını yeniləmək niyyətindədir. Vertolyotların hər biri Hindistan ərazisində hazırlanacaq.“Kamov” şirkəti tərəfindən Rusiyanın ən məşhur hərbi vertolyotları istehsal edilir. Bunlar sırasında Ka-52 Alliqator, Ka-226T, Mi-28H “Gecə ovçusu”, Mi-35M, Ka-27 vertolyotları var.
Xatırladaq ki, bundan öncə Hindistan Rusiyadan qırıcı Miq və Su təyyarələrini almışdı.