Vəliəhd: "İsrailin mövcud olmaq haqqı var, peyğəmbər yəhudi qadınla evlənmişdi"

Vəliəhd: "İsrailin mövcud olmaq haqqı var, peyğəmbər yəhudi qadınla evlənmişdi" backend

"İsrailin mövcud olmağa haqqı var".

APA TV-nin məlumatına görə, bunu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ABŞ-ın "The Analaitic" jurnalına müsahibəsində deyib.

İsrail-Fələstin münasibətlərinə toxunan vəliəhd hər iki xalqın öz dövlətini qurmaq hüququ olduğunu, ancaq bunun qarşılıqlı anlaşma əsasında mümkünlüyünü qeyd edib: "Səudiyyə Ərəbistanı və İsrail arasında rəsmi şəkildə diplomatik münasibətlər mövcud deyil, buna baxmayaraq, son illərdə ölkələrimiz arasında münasibətlər normallaşmağa başlayıb. Yəhudi xalqı ilə heç bir problemimiz yoxdur. Məhəmməd peyğəmbər də yəhudi qadınla evlənmişdi. Dostluq deyil, ailə həyatı qurmuşdu. ABŞ-dan, Avropadan Səudiyyə Ərəbistanına çox sayda yəhudi turist gəlir. Xristianlar, müsəlmanlar və yəhudilər arasında fərq olmamalıdır".

İslam dini yaymaq üçün cihada ehtiyacın olmadığını xüsusilə qeyd edən vəliəhd İrana qarşı yenə sərt danışıb: "İran, "Əl-Qaidə" və İŞİD İslamı zorla yaymağa çalışır. Bu "şeytan üçbucağı" xilafətin təkrar qurulmasını istəyir, halbuki Allah və peyğəmbərimiz bizdən bunu tələb etməmişdi. İslam artıq kifayət qədər yayılıb. İslamın daha da böyüməsi üçün isə Quran ayələrini yaymaq kifayətdir. Ancaq "şeytan üçbucağı" buna imkan vermir. Onlar İslam imperiyası qurmaq istəyir. Xamneyi bu cəhətdən Hitlerdən də təhlükəlidir".