Sisi yenidən Misirin prezidenti seçildi

Sisi yenidən Misirin prezidenti seçildi backend

Misirin hazırkı prezidenti Əbdül Fəttah əs-Sisi ötən həftə keçirilmiş seçkilərdə qalib gəlib.

Teleqraf.com xəbər verir ki, o, 97 faiz səs toplayıb.

Üç gün davam etmiş seçkilərdə iştirak faizi 41,05 faiz təşkil edib.

Əbdül Fəttah əs-Sisinin rəqibi Musa Mustafa Musa 2,92 faiz səs toplaya bilib.

Qeyd edək ki, Misirdə prezident seçkiləri üç gün – martın 26-dan 28-dək keçirilib.