Prezident: "Nüvə silahın var deyə çox da havaya girmə!"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk əskərinin Afrində məzlumlara zülm etdiyini iddia edən İsrailin baş naziri Benyamin Netanyahu kəskin cavab verib.Real TV xəbər verir ki, Suriya sərhədində yerləşən Hatay vilayətinə gedən Ərdoğan bəyan edib ki, Türk ordusunun Afrin əməliyyatından narahat olan ölkələrin dərdi Suriya, PKK və ya digər terrorçu qruplaşmalar deyil, dərdləri sadəcə Türkiyədir.
“Netanyahunun dediyi sözə baxın. Onları ordusu heç vaxt zülm etməyibmiş. Dünyada İsrail ordusunun nə qədər zalım olduğunu mənim deməyimə ehtiyac yoxdur. Bunların qulaqları, amma eşitmirlər. ağızları var, haqqı söyləmirlər, qəlbləri möhürlüdür. Türkiyə bayrağının dalğalandığı bölgədə yalnız hüzur və ədalət hökm sürür”, - deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidenti ABŞ və Fransanın da ünvanına sərt açıqlamalar verib.
“Sənin dünyada doğru, dürüst sevənin yoxdur. Qüdslə bağlı atdığının addım və verilən cavab ortadadır. “Mənim nüvə silahım var” deyə havaya girmə. Yeri gələndə o nüvə silahların da işləməyəcək. Bunu yaxşı bil. Məzlumlara qarşı çıxmaqdan vaz keç. Yoxsa bu dünyada ayaq basmağa yer tapa bilməyəcəksən. Bu qədər açıq danışıram. Ona görə də bizə qarşı gəlmə, dürüst ol”, - deyə Ərdoğan Trampın ünvanına mesaj göndərib.