"Hazırda Donetskdə separatçıların genişmiqyaslı hücum təhlükəsi yoxdur. Ancaq terrorçular tərəfindən provokasiyaların yüksək ehtimalı var".
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Nikolay Malomuj bildirib."Biz bu informasiyanı daim xaricdən alırıq. Bir çoxları, o cümlədən hakimiyyət nümayəndələri, kəşfiyyatçılar bir avazla qışqırırdılar ki, 9 maydan sonra genişmiqyaslı hücum olacaq, ancaq mən bunun 100 faiz baş verməyəcəyini bildirirdim. Rusiya indi nə geosiyasi resursa, nə də genişmiqyaslı hərbi əməliyyatları başlamaq gücünə malikdir. Separatçıların nəzarətində olan 12 nöqtədə Ukrayna ordusu provakasiyaya təhrik ediləcək. Bununla rusiyalı separatçılar daha çox ərazini tutmağa çalışacaq və atəşkəsin pozulmasında Kiyevi ittiham edəcəklər", - Malomuj bildirib.