Türkiyə ərazisində martın 24-dən 30-nə qədər keçirilən əməliyyatlar nəticəsində 90 PKK terrorçusu məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Daxili İşlər Nazirliyi yayıb. PKK-ya qarşı əməliyyatlar Mardin, Bitlis və Bingöl ərazilərində baş tutub.DİN əməliyyatların İraqın şimalında da davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, son günlər PKK Türkiyə ərazisində fəaliyyətini aktivləşdirib.