Bu gün Qəzzada fələstinlilərin dinc nümayişinə sərt müdaxilə edən İsraili şiddətlə qınayırıq.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.“Bölgədə insan ölümlərini və yaralanmalarını, insanın şərəf və ləyaqətinin ayaqlar altına atılmasını, beynəlxalq hüququn pozulmasını qəbul etmək mümkün deyil. BMT başda olmaqla, beynəlxalq ictimaiyyəti bu məsələdə fəal olmağa çağırıram”, - sözçü bildirib.
Qeyd edək ki, son məlumata görə, Qəzzada baş verən iğtişaşlarda 11 nəfər ölüb, 600 nəfər isə yaralanıb.