İsrail ordusunun HƏMAS-ın nəzarəti altında olan Qəzza zolağına aviazərbələri nəticəsində 8 fələstinli ölüb, 1000-dən yaralı var.
Teleqraf.com xəbər verir ki, məlumatı Qəzza zolağının Səhiyyə İdarəsi yayıb.Qəzza zolağında minlərlə fələstinli altı həftəlik etiraz aksiyası çərçivəsində İsrail sərhədinə yürüş edib.
BBC xəbər verir ki, İsrail hərbçilərinin açdığı atəş nəticəsində azı 8 nəfər ölüb, mindən çox insan yaralanıb.
İsrail ordusu yürüşü altı müxtəlif nöqtədə baş verən “iğtişaşlar” kimi qələmə verib və yalnız əsas təxribatçı fəallara atəşin açıldığını bəyan edib.
“Böyük qayıdış” yürüşündə iştirak edən fələstinlilərin hazırda İsrail sərhədi yaxınlığında beş məntəqədə çadır düşərgəsi qurduğu bildirilir.
Aksiya iştirakçılarının İsrail hökumətindən əsas tələbi qaçqınların doğma vətənlərinə qayıtmalarıdır.
">