PKK hələ də Sincardadır: Gizlənir

PKK hələ də Sincardadır: Gizlənir backend

İraqda PKK-ya bağlı Şenqal Müdafiə Qoşunları Sincarda gizlənməyə davam edir.

Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

"Çox az sayda İraq əsgəri və federal polis birlikləri mərkəzdə cəmləşib. İlk görünüşdə təhlükəsizliyin təmil edildiyi görünsə də, terrorçular silahları ilə birgə evlərdə məskən salıblar. Hətta bəzi binalarda birliyə aid bayraqlar, eləcə də Abdulla Öcalanın şəkilləri var. Təhlükəsizlik məqsədi ilə adının açıqlanmasını istəməyən Sincar sakini PKK və ŞMQ üzvlərinin evlərdə gizlənməklə, istənilən vaxt bir araya gəlməyə imkanlarının olduğunu söyləyib", - AA-nın məlumatında qeyd edilir.