Rusiya Müdafiə Nazirliyi “Sarmat” ballistik raketinin sınağının videosunu yayıb.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu, “Sarmat”ın ikinci sınağıdır. Bundan öncəki sınaq keçən ilin dekabrında keçirilib.“Sarmat” “R-35M Voyevod” raketinin yeniləndirilmiş versiyası hesab edilir. Qərbdə “Satana-2” adlandırılan “Sarmat” 16000 kilometrdəki hədəfləri məhv etmək gücündədir. O, sələfindən daha güclü təsirə malikdir və bütün hava hücumundan müdafiə sistemlərini yarmaq imkanındadır.