“Biz Rusiya diversantlarının ölkəyə gəlməsi xəbəri ilə bağlı xüsusi plan hazırlayırıq”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə estoniyalı general-leytenant Rixo Terras çıxış edib.Onun sözlərinə görə, hərbi formasında dövləti işarəsi olmayan istənilən adam ölkədə terror törədəcəyi təqdirdə ona icazəsiz atəş açılmasına icazə veriləcək:
“Biz Ukrayna deyilik. Estoniya NATO-nun dəstəyi ilə Rusiyaya lazımı cavab verə bilər. Biz hər kəsi müdafiə xərclərini azaltmamağa çağırırıq. Bu çağırış təkcə Estoniyaya aid edilməməlidir. Hətta Böyük Britaniyada hərbi büdcənin azalması belə Estoniyanın təhlükəsizliyinə birbaşa təsir edir”.