Prezident: “Ukraynada rus əsgərlərini gözümlə görmüşəm”

Prezident: “Ukraynada rus əsgərlərini gözümlə görmüşəm” backend

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Pyotr Poroşenko çıxış edib. O, başlıca hədəfin Ukraynanın ərazi bütövlüyünü qorumaq olduğunu bildirib:

“Minsk müqaviləsinin imzalandığı 12 fevraldan bu yana Ukraynanın 83 əsgəri ölüb, 400-dən çoxu isə yaralanıb. Bu hadisələrin günahkarı Rusiyadır. Donbasda rus əsgərlərinin olduğunu öz gözlərimlə görmüşəm. Xüsusilə, Mariupolda sayları artır.

Ukraynanın şərqində 11 minə yaxın rus əsgəri var. Qarşıdurmaların sona çatması üçün separatçıların nəzarətində olan bölgələrin yenidən Ukraynanın idarəsinə keçməsi başlıca şərtdir”.
Diaspora