Türkiyə Afrini yenidən qurur: xəstəxanalar, özünüidarə orqanları...

Türkiyə Afrini yenidən qurur: xəstəxanalar, özünüidarə orqanları... backend

Türkiyə Suriyanın Afrin bölgəsində 8 mindən çox ailəyə humanitar yardım göstərib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, Türkiyə Afrindəki 8 xəstəxana və 11 poliklinikada tibbi xidmətlər göstərməyi də planlaşdırır.

Rəsmi Ankaranın, həmçinin bölgədə yerli özünüidarə orqanları formalaşdıracağı gözlənilir.

Xatırladaq ki, martın 18-də Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrin şəhərini PYD və YPG terrorçularından azad ediblər.