“Əl-Qaidə”nin liderlərindən biri məhv edildi

“Əl-Qaidə”nin liderlərindən biri məhv edildi backend

Liviyanın qərbində yerləşən Aubari səhrasında “Maqrib ölkələrində Əl-Qaidə” terror qruplaşmasının liderlərindən olan Musa Əbu-Daud məhv edilib.

Teleqraf.com “Ria.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Afrikadakı komandanlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ qırıcılarının hava zərbəsi nəticəsində qruplaşmanın liderlərindən olan Musa Əbu-Daud başda olmaqla bir neçə üzvü öldürülüb.

Musa Əbu Davudun təşkilatdakı vəzifəsi terror əməliyyatlarını maliyyələşdirmək, maddi-texniki dəstəyi təmin etməkdən ibarət olub.