Türkiyə XİN: "Mənbicin azad edilməsi məsələsini ABŞ-la müzakirə edəcəyik"

Türkiyə XİN: "Mənbicin azad edilməsi məsələsini ABŞ-la müzakirə edəcəyik" backend

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoyun Vaşinqtona səfəri zamanı Suriyanın Mənbic şəhərinin PYD və YPG terrorçularından azad edilməsi məsələsi müzakirə ediləcək.

Trend bu barədə Türkiyə XİN-ə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, H.Aksoy martın 30-u ABŞ-a səfər edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Mənbicə doğru hərəkət etdiyini bildirmişdi.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.

Martın 27-i isə Təl-Rifat bölgəsi Türkiyə Silahlı Qüvvələri tərəfindən azad olunub.