Kemerovoda yanğında ölənlərdən 27 nəfərin kimliyi məlum oldu

Kemerovoda yanğında ölənlərdən 27 nəfərin kimliyi məlum oldu backend

Ölənlərdən 14 nəfəri bu gün dəfn ediləcək

Martın 25-də Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında ölən daha 27 nəfərin meyiti tanınıb.

Real TV “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Kemerovo şəhərinin Fövqəladə Hallar Xidmətinin rəisi Aleksandr Momontov bildirib. Onun sözlərinə görə, onlardan 14 nəfərin cəsədi dəfn olunacaq.

“Bu gün ölənlərdən daha 27 nəfərinin kimliyi müəyyən edilib. Planlaşdırılır ki, onlardan 14 nəfəri dəfn edilsin”, - deyə A.Momontov bildirib.

Qeyd edək ki, bazar günü Kemerovo şəhərində yerləşən “Qış albalısı” ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində 64 nəfər ölüb. Baş verən yanğınla bağlı 4 nəfər, o cümlədən obyektin sahibi saxlanılıb.

Xatırladaq ki, Kemerovo şəhərindəki dördmərtəbəli “Qış albalısı” ticarət mərkəzi 2013-cü ildə istifadəyə verilib.

Real TV