İsrailin baş naziri xəstəxanaya düşüb

İsrailin baş naziri xəstəxanaya düşüb backend

Yüksək hərarət və kəskin öskürəklə Yerusəlimdəki “Hadassa” klinikasına aparılan İsrailin baş naziri Binyamin Netanyahu müayinədən sonra xəstəxanadan evə buraxılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir müalicəsini ev şəraitində davam etdirəcək. Həkimlər ona istirahət etməyi və dərmanlarla müalicə almağı tövsiyə ediblər.

***

İsrailin baş naziri Binyamin Netanyahu çərşənbə axşamı yüksək hərarət və güclü öskürəklə Qüdsün "Hadassa Eyn-Karem" tibb mərkəzinə yerləşdirilib.

İsrail mətbuatının məlumatına görə, həkimlər hesab edirlər ki, Netanyahu iki həftə əvvəlki soyuqdəymədən sonra kifayət qədər istirahət etməyib. Və bu da xəstəlik simptomlarının pisləşməsinə səbəb olub.