ABŞ rəsmiləri ilə PYD liderləri arasında Menbiçdə keçirilən toplantıda şəhərin Azad Suriya Ordusuna təhvil verilməsi haqda qərar qəbul edilib.
Axar.az xəbər verir ki, bu iddia ilə “Xəbərtürk” qəzeti çıxış edib.Qəzetin məlumatına görə, ABŞ Türkiyənin Menbiçlə bağlı qəti mövqeyindən sonra belə bir addım atıb. Toplantıda şəhərin müəyyən yerlərində ABŞ hərbçilərinin olmasına qərar verilib.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Afrindən sonra Menbiçin də terrorçulardan azad edəcəklərini açıqlamışdı.