Hurriyyet.org xəbər verir ki, “Röyters” informasiya agentliyi bu gün yaydığı xüsusi xəbərdə Çin donanmasına məxsus “Lininq” təyyarə gəmisi və 40 ədəddən artıq gəminin “parad”ı barəsində məlumat verilir.
Gəmilər Cənubi Çin dənizindəki Hainan adası civarında bir növ əzələ nümayişi ediblər. Təlimlərdə sualtı qayıqlar və gəmilər də iştirak ediblər. Mütəxəssislər “Röyters” agentliyinə bu təlimlərin Çinin fövqəladə gücünün nümayişi olduğunu bildiriblər.“Lininq” təyyarə gəmisi və digər gəmilər ötən həftə Tayvan körfəzində olublar.
Cənubi Çin dənizinə Çinlə yanaşı, Vyetnam, Filippin adaları, Malayziya, Bruney və Tayvan iddia edirlər. Mənfəətlərin toqquşması bölgədə gərginliyə səbəb olur.
Ötən ay Çin Kommunist Partiyasının rəsmi mətbu orqanlarından olan “Qlobal Tayms” qəzeti nüvə yanacaqlı təyyarə gəmisi, yeni növ nüvə sualtı gəmisi və pilotsuz əks-kəşfiyyat dəniz vasitələtinin hazırlanması prosesinin sürətləndiriləcəyini bildirmişdi.
Bu təlim ABŞ-a qarşı cavabdırmı?
Bundan əvvəl “Röyters” informasiya agentliyinə müsahibə verən amerikalı məmurlar “USS Mustin” hərbi gəmisinin Çinin inşa elədiyi süni adalara yaxınlaşdığını söyləmişdi.
Mischief Resifidəki süni adada Çinin hava limanı inşa elədiyi və hərbi təyyarələrini yerləşdirdiyi peyk görüntüləri ilə aşkara çıxmışdı.