Misir parlamentinin ərəb ölkələri üzrə komitəsi Türkiyənin Afrində terror təşkilatına qarşı apardığı əməliyyatla bağlı qalmaqallı açıqlama verib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Sisinin komitəsi öz açıqlamasında Türkiyənin Suriya və İraqdakı kürdlərə qarşı apardığı "irqçi təmizlik" beynəlxalq hüququn ciddi pozulması və iki ölkənin müstəqilliyinə qarşı təcavüzkarlıq olduğunu bildirib.Açıqlamada: "Bu yeni kütləvi qırğın bizlərə Birinci Dünya Müharibəsi zamanı Türkiyədə erməni xalqının məruz qaldığı qətliamı xatırladır"-deyilir.
Açıqlamada həmçinin, Birləşmiş Millətlər Təşkilatının və Təhlükəsizlik Komitəsinin hələ də susmasının Suriya və İraq torpaqlarından çıxmasına yol açacaq hər hansı bir qərar qəbul etməkdən uzaq durmasının üzücü olduğu da bildirilib.