Türkiyədə başına 150 min dollar mükafat qoyulmuş terrorçu zərərsizləşdirilib

Türkiyədə başına 150 min dollar mükafat qoyulmuş terrorçu zərərsizləşdirilib backend

Türkiyədə başına 150 min dollar mükafat qoyulmuş PKK terrorçusu zərərsizləşdirilib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, terrorçu Türkiyənin şərqindəki Tunceli vilayətində Silahlı Qüvvələrin keçirdiyi əməliyyat zamanı məhv edilib.

Qeyd edək ki, bir müddət əvvəl Suriyanın Afrin rayonunda PKK-nın ən təhlükəli terrorçularından biri Songül Coşkunun zərərsizləşdirildiyi məlumat verilmişdi.