Faciənin dəhşətli statistikası: ölənlərdən 41-i uşaqdır

Faciənin dəhşətli statistikası: ölənlərdən 41-i uşaqdır backend

Rusiyada matəm elan olunub

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında həyatını itirənlərin çoxu uşaqlardır.

Real TV xəbər verir ki, bu barədə İnterfax ganetliyi məlumat yayıb.

Xəbərə görə, yanğının qurbanı olan 64 nəfərdən 41-I uşaqdır.

Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-də baş verib.

Yanğın 1500 kvadrat metr sahəni əhatə edib. Rusiya prezidenti hadisə ilə əlaqədar Kemerovo şəhərinə səfər edib.

Real TV