MÜƏYYƏN EDİLDİ: Avetisyan ailəsinin qətlini Permyakov törədib

MÜƏYYƏN EDİLDİ: Avetisyan ailəsinin qətlini Permyakov törədib backend

Gümrüdə Avetisyan ailəsinin qətli ilə bağlı məhkəmə-tibbi və genetik ekspertizanın nəticələri açıqlanıb. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, atəşin bir şəxs tərəfindən açıldığı təsbit edilib.

Bu barədə jurnalistlərə açıqlama verən zərərçəkmişlərin nümayəndəsi Lusine Saakyanın sözlərinə görə, ekspertizanın nəticəsi onu göstərir ki, atəş açan bir nəfər - Valeriy Permyakov olub.

Avetisyan ailəsinin maraqlarını müdafiə edən digər şəxs Yerem Sarkisyan isə əlavə edib ki, evdə olan qaz sobasında V. Permyakovun çəkdiyi siqaretin kötüyü aşkar edilib: “Cinayətin izləri olan evdəki bütün əşyalarda Permyakovun DNT-si aşkar edilib”.

Lusine Saakyan Avetisyan ailəsinin qəsdən öldürüldüyünü bildirib. Onun sözlərinə görə, cinayət işi ilə bağlı materiallara əsasən Permyakovla Avetisyan ailəsi arasında əlaqə olmayıb: “Həmçinin Valeri Permyakovun bir ailənin 7 üzvünü təsadüfən öldürməsi də istisna edilib. Bu, əvvəlcədən düşünülmüş cinayətdir”.

Yerem Sarkisyan da açılan atəşlərin bir çoxunun ekspertizasının cinayətin təsadüfən törədilməməsindən xəbər verdiyini bildirib.

Xatırladaq ki, bu il yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin 7 üzvü öldürülüb. Hadisəni törətməkdə Rusiya hərbçisi Valeriy Permyakov təqsirli bilinir.
Diaspora