Qəfil ölüm Ərdoğanın Afrika səfərini yarımçıq qoydu

Qəfil ölüm Ərdoğanın Afrika səfərini yarımçıq qoydu backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərini yarımçıq qoyaraq Ər-Riyada gedəcək. Qaziler.az saytının Türkiyə mediasına istinadən verdiyi məlumata görə, buna səbəb Səudiyyə Ərəbistanın kralı Abdullah Bin Abdulaziz Al Suudin qəfil ölümüdür.

Məlumatda bildirilir ki, Efiopiyadakı görüşlərindən sonra Somali səfərini təxirə salan Ərdoğan Ər-Riyada gedəcək. Səudiyyə kralının dəfn mərasimindən sonra isə o, Cibutiyə getməyi planlaşdırır. Ərdoğan Somaliyə Cibutidən gedəcək.
Diaspora