Türkiyə prezidenti Ərdoğan Afrində əməliyyatların bitməyəcəyini bir daha qeyd edərək Sincarda yeni əməliyyata start verildiyini söyləyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Zeytun budağı əməliyyatı ilə Afrində olan terrorçuları bölgədən təmizləyən TSQ-nin yeni hədəfi Sincardır.Türkiyə prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğan: "Sincara da girəcəyik dedik. İndi orada da əməliyyatlar başladı. İçəridə də, bayırda da terrorçularla mübarizə aparacayıq. Bizim dərdimiz terrorçulardır. Biz bir işgal dövləti deyilik. Onun Qərbdə örnəkləri var. Bizim keçmişimizdə belə bir şey yoxdur" -dedi.
Xatırladaq ki, Şimali İraqda, Mosulun qərbində yerləşən Sincar şəhəri eyni adı daşıyan dağın ətəyindədir. Şəhər strateji nöqtədə yerləşir.
Belə ki, tarix boyunca başda Mosul olmaqla İraqın şimalına hakim olmaq istəyənlər bu yer üçün savaşıblar.
Tarixin yenidən yazıldığı dönəmdəyik. Sincar dağı və şəhəri PKK terror təşkilatının işğalı altındadır. Türkiyə burada əməliyyat keçirərək bölgəni terrordan təmizləmək istəyir.




