Ermənistan xarici siyasətini Rusiya üzərindən yönəltməklə özünü çıxılmaz vəziyyətə soxdu.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı siyasətçi Andrey Piontkovski Ermənistanın “168 Jam” qəzetinə açıqlamasında deyib.“Rusiya Azərbaycan və Ermənistanı Cənubi Qafqazda girov statusunda saxlamağa davam edir. Hesab edirəm ki, burada öz əvvəlki siyasətlərini yeridəcəklər və ABŞ mümkün qədər Qarabağda vəziyyəti sabitləşdirməyə çalışacaq, amma bunun üçün tərəflərin siyasi iradəsi də lazımdır”, - politoloq bildirib.



