Amerikanın Şimali Karolina ştatındakı Elizabet şəhər rəhbərliyi II Dünya Müharibəsində həlak olmuş sovet təyyarəçilərinin şərəfinə heykəl ucaldılmasına icazə verməyib.
Qaziler.az bildirir ki, abidənin qurulması üçün keçən ildən icazə müraciəti olunub.Associated Press-in məlumatına görə, monument “Zebrin layihəsi“ çərçivəsində ABŞ-da təlim keçmiş təyyarəçilərin xatirəsinə həsr olunmuşdu. Bu layihə haqqında məxfi sənədlər 2013-cü ildə açılıb. 1945-ci ildə üçü rus, biri ukraynalı, biri isə kanadalı pilotun olduğu təyyarə-amfibiya SSRİ-də-bərədə qəzaya uğramış, pilotlar ölmüşdü. Heykəlin ucaldılması üçün xərcləri Rusiya ödəyəcək, ABŞ isə ərazidə abadlıq işlərinin aparılmasını öz üzərinə götürməyə hazırlaşırdı.
Lakin bu həftə Elizabet şəhər rəhbərliyi Moskva ilə Vaşinqton arasında münasibətlərin pisləşməsinə eyham vuraraq bildirilib ki, “zaman dəyişib“. Bundan əlavə, şəhər şurasının üzvlərindən biri - Conni Uolton ehtiyatlandıqlarını da dilə gətirib: “Abidəyə elə bir qurğu quraşdırıla bilər ki, Kreml bunun vasitəsi ilə şəhərin internet və işıq təhcizatını korlayar“.



