«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Kommunist Partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş Pavel Qrudinin öz vədini yerinə yetirərək, bığını qırxıb.
Xəbəri «İnterfaks» agentliyi yayıb.Yuri Dudyuya musahibəsində Qrudinin demişdi ki, əgər seçkilərdə 15,0 faizdən az səs toplasa, bığını qırxacaq.
«Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini elan edib. Mən, onlarla razı deyiləm, amma söz vermişəm, deməli, sözə əməl etmək lazımdır» – deyə, Qrudinin öz «İstaqram»ında yazıb.



