Qərar gözlənilir: Ordu bu gün Menbiçə girəcək...

Qərar gözlənilir: Ordu bu gün Menbiçə girəcək... backend

Afrin azad edildikdən sonra ərəb, türkman, kürd döyüşçüləri PKK-nın Suriyadan çıxacağı günə qədər savaşacaqlarını deyərək, Menbiç əməliyyatı üçün hazırlıqlara başlayıblar.

Axar.az xəbər verir ki, ASO-nun tərkibindəki Əl Həmzə Briqadasının komandanı Məhəmməd Şibil artıq təlimlərə başladıqlarını deyib.

"Afrin azad edildi, lakin dayanmaq fikrimiz yoxdur. Başlamışkən bu işi bitirməliyik. PKK-nı Suriyadan çıxaracağıq, bizi ABŞ hərbçiləri belə dayandıra bilməyəcək. Kim gəlir gəlsin, PKK-nı siləcəyik. Türkiyə "giririk" dediyi anda hərəkətə keçəcəyik və yarım saata Menbiçə girəcəyik", - Məhəmməd Şibil bildirib.