Festivalda kütlənin içinə qumbara atdılar, xeyli yaralı var - PAKİSTANDA

Festivalda kütlənin içinə qumbara atdılar, xeyli yaralı var - PAKİSTANDA backend

Pakistanda keçirilən festival zamanı naməlum şəxslər kütlənin içinə qumbara atıblar.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Pakistanın Dera-İsmail Xan şəhərində keçirilən festival zamanı naməlum şəxslər səhnəyə qumbara atıb. Nəticədə 24 nəfər xəsarət alıb.

Verilən məlumata görə, naməlum şəxslər qumbaranı səhnənin arxa tərəfindən atıblar. Yaralanlar arasında bir neçə uşaq və təhlükəsizlik xidmətinin iki əməkdaşı da var.

Polis ərazini mühasirəyə alıb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.