Türk ordusu dayanmır: üç kənd azad edildi

Türk ordusu dayanmır: üç kənd azad edildi backend

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində daha üç kəndi terrorçulardan təmizləyib.

Axar.az xəbər verir ki, son əməliyyatlar zamanı Afrinin Fafretin, Bercke və Kebaşin kəndləri PKK/YPG terrorçularından azad edilib.

Qeyd edək ki, TSQ yanvarın 20-də Afrində əməliyyatlara başlamışdı. Martın 19-u şəhərin mərkəzinin terrorçulardan təmizləndiyi açıqlanıb.