PKK Sincardan qaçır - ƏRDOĞAN XƏBƏRDARLIQ ETMİŞDİ

PKK Sincardan qaçır - ƏRDOĞAN XƏBƏRDARLIQ ETMİŞDİ backend

PKK-nın yerli qaynaqları terror təşkilatının Sincardan çəkildiyini təsdiqləyib.

Qaziler.az türk mətbuatına istinadən bildirir ki, Türkiyənin terrorçulardan təmizləmək istədiyi PKK-nın əlində olan, İraqın şimal-qərbində yerləşən Sincar şəhərindən geri çəkildiyini yerli qaynaqlar təsdiqləyib.

Mənbə PKK-nın səhər saatlarında başladığını bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan "Zeytun budağı" əməliyyatı ilə bağlı açıqlama verdiyi zaman: "Şimali İraqdakı terror qərargahlarını da nəzarətimiz altına alaraq, mərkəzi hakimiyyətə də söylədik, Sincarı həll edəcəksinizsə siz həll edin, əgər həll edə bilməyəcəksinizsə bir gecə qəfildən ora girərik, oradakı PKK-çıları təmizlərik"-demişdi.