Fransanın cənubunda silahlı şəxsin supermarketdə girov götürdüyü insanlar xilas edilib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, onlardan 12 nəfər yaralı olub. Həmçinin hadisə zamanı 1 nəfər də ölüb. Bununla da ölənlərin sayı 2 nəfərə çatıb.Qeyd olunub ki, insanları girov götürən şəxs özünün İŞİD-ə aid olduğunu bəyan edib. Fransa prokurorluğu faktla bağlı cinayət işi açıb.
***
16.09
Fransanın cənubunda yerləşən Trebes şəhərində İŞİD terrorçusu bir marketdə müştəriləri girov götürüb.
Avropa.info xəbər verir ki, Fransanın cənubunda terror təşkilatı İŞİD-lə əlaqəli bir şəxsin supermarketdə bir qrup insanı girov aldığı ifadə edilir. AFP xəbər agentliyi həmin şəxsin İŞİD-ə sədaqət andı içdiyini yazır.
Fransa Daxili İşlər Nazirliyi Twitter hesabından verdiyi bəyanatda ölkənin cənubundakı Trebes qəsəbəsində yerləşən supermarketə təhlükəsizlik qüvvələrinin əməliyyat keçirdiyini açıqlayıb.
Fransız mətbuatı supermarketdə atəş açıldığını və girov böhranının yaşandığını yazır.



