Savçenko aclığa başladı

Savçenko aclığa başladı backend

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko aclığa başladığını elan edib.

Qaziler.az bildirir ki, Savçenko bunu onun həbsi ilə bağlı vəsatətə baxılan Kiyevdəki Şevçenko rayon məhkəməsində bəyan edib.

"Bu gündən etibarən aclığa başlayıram. Mən bu yolu yenidən keçməyə hazıram", - deyə o, bildirib. Deputat 2014-2016-cı illərdə həbsdə olduğu Rusiya həbsxanasında da aclıq etdiyini xatırladıb.

Savçenko ölkə ərazisini tərk etmək niyyətində olmağığını da vurğulayıb: "Ona görə ki, mən Ukraynanın Milli Qəhrəmanıyam".