Nazirlər NATO konfransında mahı oxudular

Nazirlər NATO konfransında mahı oxudular backend

Antalyada təşkil olunan NATO Xarici İşlər nazirlərinin toplantısında maraqlı hadisə baş verib.

Axar.az xəbər verir ki, toplantıdan sonra proqram çərçivəsində qonaqların şərəfinə şam yeməyi verilib.

Qeyri-rəsmi keçən ziyafətdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu iştirakçılara təşəkkür etmək üçün çıxış edib. Daha sonra müğənni Behzad Gerçəkər “Son bir mahnı söyləyək, o da sülhün mahnısı olsun” deyərək, “Biz dünyayıq” mənasını verən “We Are the World” adlı mahnını oxumağa başlayıb. Bu zaman müğənni nazir Çavuşoğlu və qonaqları da səhnəyə dəvət edib.

Yunanıstan Xarici İşlər naziri Nikos Kocias Çavuşoğlunun qoluna girərək birlikdə mahnı oxuyublar. Mahnını NATO-nun Baş katibi Yens Stoltenberg və Avropa Birliyi Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də züm-zümə edib.
Diaspora