Çavuşoğlu: ABŞ-la Menbiç barədə razılıq əldə olunmayıb

Çavuşoğlu: ABŞ-la Menbiç barədə razılıq əldə olunmayıb backend

ABŞ-la Menbiç məsələsində razılıq əldə olunması fikrinə aydınlıq gətirmək lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“ABŞ-la Suriyanın, xüsusən də Menbiç və Fəratın şərqinin əmin-amanlığa qovuşması barədə ortaq bir anlayışa nail olunub. Anlayış əldə olunub, razılaşmaya nail olunub deməmişik. Əgər razılıq əldə edilibsə ortaq komissiyanın işi nəyə lazımdır? PKK bu ərazilərdən çəkilməlidir”, - Çavuşoğlu bildirib.